• Welcome!
Total books
Book Detail
Download Nadir Şah free book as pdf format

Nadir Şah

Kitab Asiyanın sonuncu böyük fatehi sayılan Nadir şahın həyat və hərbi fəaliyyətnə həsr edilmişdir. Müəllif tərəfindən Nadir şahın uşaqlıq illəri, onun sərkərdə kimi formalaşdığı mürəkkəb hərbi-siyasi şərait, onu hakimiyyətə aparan döyüş yolu, böyük bir imperiyanın yaradılması üçün tarixə sığmayan fatehliyi və nəhayət faciəli həyatı geniş şəkildə araşdırılmışdır. This link for educational purpose only. Please remove file from your computer after familiarization.

Azərbaycanın da orta əsrlər tarixində özünəməxsus yeri olan Nadir
şah Əfşarın həyatının və fəaliyyətinin araşdırılması uzun müddətdir ki,
dünya tarixçilərinin diqqət mərkəzindədir. Bu da təsadüfi deyil. Çünki
Nadir şah dünya hərb tarixinin yetişdirdiyi nadir istedadlı sərkərdələrdən
və fatehlərdən biridir.Haqlı olaraq onu Asiyanın sonuncu böyük
fatehi adlandırırlar.Hərbi texnikanın və silahların kifayət qədər inkişaf
etmədiyi bir vaxtda şərqin fatehinə çevrilə bilməsi Nadir şaha
olan diqqət və marağı xeyli aktuallaşdırmışdır.
Hər şeydən əvvəl Nadir şahın həyat yolu çox böyük maraq doğurmaqdadır.
Məlumdur ki, Nadir şah Səfəvi dövlətinin ucqarlarında, öz
yurdundan sürgün edilmiş bir əfşar türkünün ailəsində doğulmuşdu.
Nadir şah saray zənginliklərindən xəbəri olmayan, gündəlik zəhməti
ilə dolanışığını təmin edən sadə bir ailədə göz açsa da, malik olduğu
fiziki keyfiyyətləri və döyüşgənlik istedadı ilə uzaq əyalət kəndindən
böyük imperiyanın şahlığına qədər zəngin bir yol keçmişdi. Başqalarına
qismət olmayan bu yolun necə qət edilməsi özlüyündə Nadir şahın
şəxsiyyətinə olan marağı həmişə tədqiqatçıların diqqət mərkəzində
saxlamışdır.

Book pages: 741

Book language: az

File size: 8.45 MB

File type: pdf

Published: 15 October 2017 - 17:00